İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə ilə təbii qaz məsələsində müzakirə apardıqlarını və bunun yaxşı bir şey olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, Netanyahu İsrail qazının bir sıra ölkələrə ixaracı və bununla bağlı Aralıq dənizinin şərqində həyata keçirilməsi planlaşdırılan enerji layihəsi haqda məlumat verib.
“Bu məsələ həllini tapmaq üzrədir. Misir, Yunanıstan və Cənubi Kiprlə danışıqlar aparırıq. Bütün ölkələrlə danışıqlar davam edir. Hətta Türkiyə ilə də müzakirələr aparırıq. Bu, yaxşı bir şeydir”, - baş nazir qeyd edib.
İsrailin energatika naziri Yuval Steynitz dünən verdiyi açlamada enerji sahəsində Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını açıqlamışdı.