Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan daha 65 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 421 nəfərə çatıb.
Ölkədə 15 082 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 866 012 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 15 287 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 685 560 nəfər təşkil edir.