Niger-Mali sərhədində mülki insanları hədəfə alan terror hücumunda 58 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Niger hökuməti məlumat yayıb.
Motosikletli silahlılar Tillaberi bölgəsindəki Banibanqu qəsəbəsindəki heyvan bazarından qayıdanları daşıyan avtobusa hücum ediblər.
İlk təsbitlərə görə, hadisədə 58 nəfər ölüb. Bəzi yerli mənbələr ölənlərin sayının 65 olduğunu bildirirlər.
Hələlik heç kimin məsuliyyətini üzərinə götürmədiyi aktın bir müddətdir bölgədə özünü göstərməyə başlayan İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.
Mali və Burkina Faso arasında yerləşən Tillaberi tez-tez terror təşkilatlarının hədəfinə çevrilir.
Bölgədəki hücumlar səbəbiylə 2017-ci ildən bəri fövqəladə vəziyyət tətbiq edilir.