18 Mart 2021 01:36
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüvə başlıqlarının sayını artırmaq qərarı sabitlik və strateji təhlükəsizliyə zərər verən qərardır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov məsələ ilə əlaqədar İngiltərədən verilən açıqlamada bu addımın Rusiya təhdidinə qarşı atılması məqamına da toxunub:

“Rusiyanı təhdid kimi təqdim etmək bizim üçün qəbuledilməzdir. Çünki bu, doğru deyil. Rusiya təhdid deyil. Dünya miqyasında sülhü təhdid edən amil nüvə döyüş başlıqlarının sayının artırılmasıdır”.

Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Rıbakov da Londonun nüvə silahları ilə bağlı qərarına reaksiya verib: “Nüvə döyüş başlıqlarının sayının 40 faiz artırılması, hərbi planlaşdırmamız da daxil olmaqla, nəzərə almalı olduğumuz ciddi bir məqamdır”.

Britaniya hökuməti dünən “Rəqabət Dövründə Qlobal İngiltərə” adlı yeni təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasət strategiyasını açıqlayıb.
Sənədə görə, nüvə başlığının sayı 180-dən 260-a çatdırılacaq.

Qeyd edilib ki, bu, yaxın 10 ildə İngiltərəyə Rusiyanın Avropaya qarşı artan təhdidlərinə qarşı tədbirlər görməyə imkan yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər