Avropa Birliyi (AB) Türkiyəyə qarşı sanksiya planını təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentlik Avropa Birliyinin Türkiyədən daha çox rəsmi şəxsin “qara siyahı”ya salmaq qərarını dondurduğunu iddia edib.
Məlumatda bununla bağlı AB qarşısında müvafiq tələbin ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürüldüyü bildirilib.
“Röyter”in məlumatına görə, Bayden Ankaranı güzəştli mövqe sərgiləməyə təşviq etmək üçün Bresseldən Türkiyəyə sanksiyaların tətbiq edilməsinin dayandırılmasını istəyib.