İranlı siyasətçi və qadın haqları fəalı Faizə Haşimi öz həmscinslərinə qarşı cinsi ayrı-seçkiliklə mübarizə çərçivəsində iyunun 18-də keçiriləcək prezident seçkisində simvolik namizəd olmaq niyyətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı “Mostaghel” qəzetinə müsahibəsində iranlı qadınların problemlərindən və prezident seçkisindən danışıb.
Onun sözlərinə görə, qadınların İrandakı mövcud şərtlər daxilində siyasətlə məşğul olması mümkün deyil.
Haşimi namizədliyinin mühafizəkarların nəzarətindəki aidiyyəti qurumlar tərəfindən rədd olunacağını bildirib: “Universitetdə 100 tələbəyə mühazirə oxumağıma belə dözmədilər. Prezidentliyə namizəd olaraq vəziyyətimin necə olacağı bəllidir. Ancaq qadınların seçkilərdə iştirak edə biləcəyinə inandığım üçün, ehtiyac olarsa, bunu simvolik olaraq edəcəyəm”.
Faizə Haşimi ölkə siyasətdə qadınlara münasibət səbəbiylə seçki işləri aparmağın mümkün olmadığını qeyd edib.
İran siyasətində qadın problemlərinin “təhlükəsizlik məsələsi” olaraq qəbul edildiyini bildirən Haşimi qadınlarla əlaqəli ən sadə məsələlərin belə böhrana səbəb olduğunu vurğulayıb.