İslandiyanın Reykyanes yarımadasında yerləşən Faqradalsfyadl vulkanı 781 il sonra lava püskürməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İslandiya Meteorologiya Xidməti məlumat yayıb.
Faqradalsfyadlda kiçik püskürmələrin baş verdiyi və lavanın bölgədə iki istiqamətə yayıldığı bildirilib.
Əks istiqamətdə axan lavanın təxminən 32 kilometr məsafədən paytaxt Reykyavikdən göründüyü deyilib.
Reykanyanes yarımadasında 781 ildən sonra ilk dəfə vulkan püskürməsinin baş verdiyi bildirilib.
Partlayışın yaşayış məntəqələrindən uzaq məsafədə baş verdiyi üçün evakuasiya gözlənilmir.
24 fevral-17 mart tarixləri arasında Reykyanes yarımadasında 50 mindən çox zəlzələ baş verib. Elm adamları Avrasiya və Şimali Amerikanın tektonik xətləri arasında yerləşən İslandiyadakı bu zəlzələlərin vulkan püskürməsinin xəbərçisi ola biləcəyini demişdilər.