ABŞ Milli Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Con Retkliff uçan naməlum obyektlərə (UNO) dair faktların olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə “Foks Nyus” telekanalına müsahibəsində danışıb.
Retkliff ABŞ-da səsdən sürətli naməlum cisimlərlə bağlı dəlillərin olduğunu deyib.
Sözügedən obyektlərin izahedilməz manevrlər etdiyini bildirən keçmiş kəşfiyyatçı bu görüntülərdən bəzilərinin yayımlandığını vurğulayıb.
“İctimaiyyətə açıqlananlardan daha çox görüntü və faktlar var”, - Retkliff söyləyib.
Ötən il dekabrın 30-da imzalanan qərar çərçivəsində ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) UNO-larla bağlı bütün məlumatları 180 gün ərzində açıqlaması istənilib.
Qərar çərçivəsində UNO-larla əlaqədar hesabatın iyundan etibarən ictimaiyyətə açıqlanacağı gözlənilir.