23 Mart 2021 23:36
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis kral ailəsindən ayrılan və ailəsini irqçilikdə günahlandıran Şahzadə Harry yeni iş tapıb.

Teleqraf.com xəbər verir ki, əvvəl maddi çətinliklər üzündən “Netflix” və “Spotify”la müqavilə bağlamaq məcburiyyətində qalan Şahzadə Harri hazırda Silikon Vadisində qurulan yeni bir müəssisədə menecer olaraq işə başlayıb.

“BetterUp Inc.” məşqçilik, sağlamlıq və zehni sağlamlıq sahəsində ixtisaslaşmış bir şirkətdir. Adıçəkilən şirkətdə menecer olaraq işə başlayan Herrinin Təsirdən məsul baş direktor müavini olacağı deyilir.

Şahzadə Harri “Wall Street Journal”nın xüsusi hesabatında bu işi niyə qəbul etdiyini izah edib: “İnsanların həyatına təsir etmək istəyirəm. Proaktiv məşq və mentorluq insanların inkişafına məhdudiyyətsiz imkanlar yaradır, eyni zamanda şüuru artıraraq daha yaxşı bir həyat təmin edir".

Şahzadə Harrinin nə qədər qazandığı açıqlanmayıb. Təsirdən məsul baş direktor müavini olaraq məhsul strategiyası qərarları, donorlar və xeyriyyə qurumları ilə əlaqələrdən də cavabdeh olacaq.

“BetterUp”ın icraçı direktoru Alexi Robiçaux bildirib ki, Şahzadə Harry heç kimə hesabat verməyəcək, tabeliyində bir komanda olmayacaq, yalnız reportajlarda və xüsusi dəvətlərdə iştirak edəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər