İsrail Hərbi-Hava Qüvvələri HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Dünən axşam Qəzzadan İsrailə doğru atılan raketə cavab olaraq Hərbi-Hava Qüvvələrimiz bir raket istehsalı zavoduna və HƏMAS-ın hərbi hədəflərinə zərbələr endirib”, – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, Qəzza zolağından atılan mərmi martın 23-də Knessetə seçkilər günü İsrail Baş naziri və “Likud” Partiyasının lideri Binyamin Netanyahunun gəldiyi Beer-Şeva şəhərinin ərazisinə düşüb.