Ermənistanlı hakim Mqer Petrosyan ötən gün Ali Məhkəməyə məktub yazaraq təzyiq altında olduğunu bildirib.
Teleqraf.com-un məlumatına görə, Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan deyib ki, hakimin məktubunda təzyiq altında olması ilə bağlı mühüm heç nə yoxdur.
Ali Məhkəmə Şurasının sədri qeyd edib ki, məktuba şərh vermək niyyətində deyiləm:
“Mən bu hüquqa malik deyiləm. Bu gün Ali Məhkəmə müəyyən edilmiş qaydada məsələyə reaksiya verəcək. Məktubu aldıqdan 15 dəqiqə sonra toplantı keçirilib, hakim Mqer Petrosyan da iclasa dəvət edilib”.
Ruben Vardazaryan qeyd edib ki, hakimin məktubu onlara çatdıqdan sonra mümkün təzyiqlərlə bağlı tədbirlər görülüb.
Məlumat üçün deyək ki, hakim Mqer Petrosyan Ermənistan Silahlı Qüvvələrinin qiyamçı Baş qərargah rəisi Onik Qasparyanı işinə bərpa edilməsinə dair qərar vermişdi.