Türkiyədə cari ilin may-iyun aylarında vaksinasiya prosesi başa çata bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Biz Çindən 50 milyon doza vaksin gözləyirik. Almaniyadan “BioNTech” vaksininin 1,5 milyon dozası çatdırılıb. Rusiya tərəfi ilə də danışıqlar davam edir. Rusiyadan vaksin gələn kimi ölkədə vəziyyət daha çox yaxşılaşacaq", - dövlət başçısı deyib.