Yunanıstan donanmasına aid hərbi gəmi İstanbul boğazından keçərək Mərmərə dənizinə açılıb. Hərbi gəminin İstanbul boğazından keçdiyi zaman onu iki türk hərbi gəmisi müşayiət edib.
Teleqraf.com xatırladır ki, Yunanıstan Dəniz Qüvvələrinə aid P69 nömrəli hərbi gəmi səhər saatlarında Qara dənizindən İstanbul boğazında daxil olub.
Boğazdan keçən yunan gəmisi böyük hörmətsizlik nümayiş etdirib. Adətən xarici gəmilər boğazı keçərkən hörmət əlaməti olaraq türk bayrağını qaldırırlar. Ancaq yunan gəmisi yalnız Yunanıstan bayrağını asaraq boğazdan keçib. Bu zaman gəminin göyərtəsində heç kimin olmadığı diqqəti çəkib.