Fransa Prezidenti Emmanuel Makronun Türkiyəni, “Dəyanət” təşkilatlarını və türk cəmiyyətini təmsil edən dərnəkləri hədəf alması qəbul edilməzdir.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu AKP-nin sözçüsü Ömər Çelik Tvitter hesabında deyib.
“Türkiyə Fransa ilə səmimi və konstruktiv bir dialoq qurmaq istəyir. Ancaq Makronun Türkiyəni, “Dəyanət” təşkilatlarını və türk cəmiyyətini təmsil edən dərnəkləri hədəf alması qəbul edilməzdir. Cənab Ərdoğanın Makronla son danışığında ikitərəfli münasibətləri yenidən inkişaf etdirmək məqsədi ortaya qoyulmuşdu. Təəssüf ki, Makronun son açıqlamaları ilə bu cizgidən kənara çıxdığını görürük”, - Çelik bildirib.
Qeyd edək ki, Makron Türkiyənin Fransada keçiriləcək seçkilərə müdaxilə edəcəyini iddia edib