Dünən axşam Braziliyada Prezident Jair Bolsonaro hökumət kabinetində Ədalət və Müdafiə naziri ilə yanaşı 6 naziri vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, dünən hökumətdə baş verən bu dəyişiklikdən sonra bu gün səhər saatlarında ordunun yüksək səviyyəli generalları qovulub.
Ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, Quru Qoşunları komandanı Edson Pujol, Dəniz Qüvvələri Donanmasının komandanı Ilques Barbosa və Hava Qüvvələri komandanı Antonio Karlos vəzifəsindən çıxarılıb.
Yeni komandanların kim olacağı bilinmədiyi halda 1985-ci ildən bu yana ilk dəfə 3 böyük ordu birləşməsinin komandanları xidməti vəzifəsi başa çatmadan hərbidən ayrılıb.
Sosial şəbəkələrdə isə iddia edilib ki, Prezident Bolsonaronun nazir və orduda ciddi dəyişikliklər həyata keçirməsinə səbəb dövlət çevrilişi haqda fikirlər olub.