2 Aprel 2021 08:44
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PKK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriya ilə Hatay əyaləti administrasiyasının xəbərində deyilir.

Məlumata görə, cinayətkarların zərərsizləşdirilməsi üzrə əməliyyat yerli vaxtla saat 16:30-da keçirilib.

"Aprelin 1-də təxminən saat 16:30 keçirilən əməliyyat nəticəsində Afrində PKK/YPG terror təşkilatının mülki əhalinin cəmləşdiyi ərazidə partlayış təşkil etməyə hazırlaşan iki qadın üzvü zərərsizləşdirilib", - xəbərdə deyilir.

Qeyd edilir ki, terror aktının qarşısı təhlükəsizlik qüvvələrinin ayıqlığı sayəsində alınıb.

Faktla bağlı araşdırma başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər