2 Aprel 2021 14:03
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya hərbi təcavüzünü artıracağı təqdirdə Ukraynaya dəstək və qoruma vədi verib.

Teleqraf.com xəbər verir ki, bunu iki ölkənin müdafiə nazirləri arasında baş tutan telefon danışıqlarının ardından Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Beləliklə, Ukrayna müdafiə naziri Andrey Taran Rusiya qoşunlarının ölkəsinin sərhədinə çəkilməsinə dair məlumatın yayılmasından sonra amerikalı həmkarı Lloyd Austinlə danışıb. Kiyev təmsilçisi söhbət əsnasında bölgə vəziyyətin sistematli şəkildə kəskinləşməsinə və Rusiyanın atəşkəs rejiminə sadiq qalmamasına diqqət çəkib.

Austin də öz növbəsində Vaşinqtonun Rusiyanın Donbas və Krımda davam edən işğalı qarşısında Kiyevi dəstəkləməyə davam etməyə hazır olduqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər