4 Aprel 2021 00:16
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Vaşinqton Post” qəzeti İordaniya Kralı II Abdullanın qardaşı şahzadə Həmzə bin Hüseyn saxlanıldığı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, nəşr Həmzə bin Hüseynlə yanaşı daha 20 nəfərin ölkənin sabitliyinə təhdid yaratdıqları üçün tutulduğunu yazıb.
Kralın qardaşının paytaxt Əmmandakı sarayda saxlanıldığı bildirilir.

İordaniyanın rəsmi agentliyi "PETRA" iddiaları təkzib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər