29 Oktyabr 2014 09:48
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına səbəb yoxdur.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə dünən keçirilən Avropa İttifaqı Daimi Nümayəndələr komitəsinin iclasında qərara gəlinib.

Yayılan məlumatlara görə, iclasda Rusiyaya qarşı tətbiq olunan qadağalar müzakirə olunub. Rusiyanın Ukraynada keçirilən seçkilər zamanı Donbas və Luqanskda dəfələrlə atəşkəsi pozduğunu bildirilən qərarda Minsk razılaşmalarının müddəalarını tam yerinə yetirmədiyinə diqqət çəkilib. Bununla bağlı Avropa İttifaqına üzv ölkələrin bəziləri narahatlıqlarını ifadə edib.

Xatırladaq ki, yayılan məlumatlarda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların 2015-ci ilin mart ayına qədər yumşaldılması məsələsinin gündəmdə olduğu qeyd edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər