5 Aprel 2021 23:26
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antoniu Quterreş İranın nüvə sazişi üzrə Birgə Komissiyanın aprelin 6-na planlaşdırılmış iclasını alqışlayır.

Teleqraf.com-un məlumatına görə, bunu brifinq zamanı BMT -nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün konstruktiv dialoq aparmaq və diplomatiyanı məsələyə cəlb etmək üçün göstərdikləri səyləri alqışlayırıq".

Qeyd edək ki, aprelin 2-si İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının üzvləri virtual görüş keçiriblər. Tərəflər ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasının perspektivlərinə müsbət təsir etməyə hazır olduqlarını və nüvə sazişinin qorunması üzrə öhdəliklərini təsdiqləyiblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası aprelin 6-sı Vyanada keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər