Şimali Koreyada 50 nəfər edam edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya kəşfiyyatı orqanının hazırladığı hesabatda bildirilir.
Hesabatda edam səbəbi kimi onların düşmən ölkənin - Cənubi Koreyanın seriallarını izləmələri göstərilir. Məlumatlara görə, edam olunanlar arasında 10 yüksək vəzifəli şəxs də var.
Digər xəbərlərdə isə edam edilənlərdən birinin Şimali Koreya lideri Kim Jongun yeznəsi Çen Son Taekenin də olduğu qeyd edilir.
Samir