7 Aprel 2021 19:56
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində (Donbas) hərbi fəallığın artdığı vaxt sərhəd bölgəsinə yeni hərbi birliklər göndərən Rusiyadan açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bölgəyə göndərilən hərbi qüvvələrin sərhəddə qalmağa davam edəcəyini söyləyib.

“Rusiya Silahlı Qüvvələri zəruri və uyğun hesab olunduğu üçün federasiya ərazilərində yerləşdirilib. Rusiya müdafiə naziri və ali baş komandan Vladimir Putinin lazım bildiyi vaxta qədər orada qalacaqlar”, - Peskov deyib.

O, Rusiyanın heç bir ölkəni təhdid etmədiyini də iddia edib: “Rusiya kimsəni təhdid etmir və kimsə üçün təhdid yaratmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər