İtaliya "Milan"ının sabiq prezidenti Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, hazırda yerli "Montsa" klubunun sahibi olan funksionerin səhhətində yenidən problem yaranıb.
Onun Milan şəhərindəki San-Rafael klinikasında müalicə olunduğu bildirilib.
Qeyd edək ki, Silvio Berluskoni son 2 həftədə ikinci dəfə xəstaxanaya yerləşdirilib.