Əbu Bəkir əl-Bağdadinin 2019-cu ildə öldürülməsindən sonra İŞİD terror təşkilatının başına keçən Əmir Məhəmməd Səid Əbdürrəhman əl-Mövla haqda yeni iddia ortaya atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti gizli istintaq sənədlərinə istinadən məlumat yayıb.
Məlumatda əl-Mövlanın “M060108-01” şifrəli adıyla İraqda həbsdə olduğu dövrdə Əl-Qaidəyə bağlı olaraq fəaliyyət göstərən təşkilatda ABŞ-ın agenti olduğu iddia edilib.
Əl-Mövlanın 2008-ci ildə dindirilmə zamanı təşkilatın gizli mərkəzlərinin məlumatlarını ABŞ-a ötürdüyü deyilib.
Eyni zamanda, əl-Mövlanın o dönəmdə əl-Qaidənin İraqda ikinci adamı olan Əbu Kaşvaraxın yerini ABŞ-a bildirdiyi və onun bundan sonra Mosulda keçirilən bir əməliyyatda öldürüldüyü də iddialar arasındadır.