10 Aprel 2021 21:12
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Edinburq Hersoqu, şahzadə Filipin dəfn tarixi aprelin 17-ə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Böyük Britaniyada milli matəm Şahzadə Filipin dəfn mərasiminə qədər, kral ailəsinin matəmi isə iki həftə davam edəcək.


Müəllif: Teleqraf.com