11 Aprel 2021 11:12
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda ötən sutkada koronavirusa 707 yeni yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, koronaya yoluşmuş 592 nəfər müalicə olunaraq sağalıb, 8 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 288 396 nəfər yoluxub. Onların 277 303-ü sağalıb, 3 877-si isə ölüb.

Son 24 saat ərzində 24 823 test yoxlaması həyata keçirilib.


Müəllif: Teleqraf.com