12 Aprel 2021 08:25
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hakimiyyəti qarışıqlıqlarla mübarizə üçün Şimali İrlandiyaya xüsusi təyinatlı dəstə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Mirror” nəşri bildirib.

Məlumata görə, qarışıqlıqların baş verdiyi əraziyə minimum səkkiz döyüşçü göndərilib, onlar toqquşmaların yatırılması ilə məşğul olan MI5 Təhlükəsizlik Xidməti ilə işləyəcəklər.

Qarışıqlıqlar, habelə millətçilərlə Britaniya hökumətinin tərəfdarları arasında toqquşmalar bir həftədən çoxdur davam edir. Toqquşmalar hökuməti dəstəkləyən ərazilərdə başlayıb. İğtişaşlar zamanı xeyli sayda insan xəsarət alıb, mağazaların şüşələri sındırılıb, nəqliyyat vasitələrinə ziyan vurulub.

Daha əvvəl hüquq-mqhafizə orqanları bildirib ki, Belfastda, "Nors-kvin küçəsində qarışıqlıqlar nəticəsində 14 polis əməkdaşı yaralanıb və bununla da xəsarət alan polislərin ümumi sayı 88 nəfərə çatıb.


Müəllif: Teleqraf.com