15 Aprel 2021 13:19
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəllərində Myanmada dövlət çevrilişi həyata keçirən ordu artıq məscidləri yağmalamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Myanmanın “Myanmar Now” saytı məlumat yayıb.

Qeyd edilib ki, Myanma ordusu Mandalyada çevrilişə etiraz edən bir qrup şəxsi həbs etmək istəyib. Ancaq etirazçıların dirənişindən sona ordu silahlı güc tətbiq edib. Nəticədə 2 nəfər öldürülüb.

Əsgərlər eyni zamanda Mandalya şəhərinə bağlı olan Mytingedəki məscidə basqın edərək camaatdan ianə məqsədilə toplanan pulu götürüb.

Qeyd edək ki, bu günə qədər Myanmada ordunun çevrilişinə etiraz etdikləri üçün 716 nəfər öldürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər