16 Aprel 2021 21:26
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində Qafqazda döyüşən Cənub Hərbi Dairənin (YuVO) 58-ci birləşmiş ordusunun birləşmələrini Opuk poliqonunda təlim çərçivəsində Krıma köçürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təlimlər zamanı “Faqot” və “Xrizantema” tank əleyhinə idarə olunan komplekslərin operatorlarının praktiki bacarıqları yoxlanılıb. Taktiki qrupların formalaşmasında qeyri-ənənəvi yanaşmalardan istifadə edilib.

Təlimlərin Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun rəhbərliyi altında keçirildiyi qeyd olunub.
58-ci ordu Cənub Hərbi Dairəsinin ən böyüyüdür. Ordunun hərbi hissəsləri və birləşmələri Dağıstan, İnquşetiya, Kabardin-Balkar və Şimali Osetiya ərazilərində yerləşdirilib.

58-ci ordu Çeçenistan-Rusiya müharibəsi və Cənubi Osetiyanın ələ keçirilməsində, eləcə də Beslan olaylarında fəal iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu