30 Oktyabr 2014 07:16
739
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tunisdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 217 yerlik parlamentdə 85 mandat qazanan dünyəvi "Nidaa Tunis" partiyası 69 mandat qazanmış islamçı "Ən-Nahda"nı geridə qoyub.

Bu barədə oktyabrın 30-da seçkilər üzrə Ali müstəqil instansiyanın (MSK) sədri Şəfiq Sarsar bildirib.

Azad Vətənpərvərlər Birliyi Partiyası 17, Xalq Cəbhəsi 15, Afek Tunis partiyası isə 9 mandat qazanaraq parlamentdə təmsil olunacaqlar. Qalan 24 yerə digər partiyaların təmsilçiləri sahib olub .


Müəllif:

Oxşar xəbərlər