18 Aprel 2021 20:13
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Sen-Patyu kommunasında baş verib.

Belə ki, təlimi uçuşu həyata keçirən təyyarə tarlaya düşüb. Nəticədə dörd nəfər həlak olub.

Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb.


Müəllif: Teleqraf.com