Çexiya səfiri rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com-un məlumatına görə, bundan əvvəl Rusiya xarici siyasət idarəsi Çexiyanın addımına sərt etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır.