Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.