19 Aprel 2021 22:14
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı məhv edilib.

Teleqraf.com xəbər verir ki, məlumat Türkiyə Silahlı Qüvvələrinin tvitter səhifəsində yayılıb.

Bildirilib ki, Silahlı Qüvvələr Türkiyə sərhədlərindən kənarda da antiterror əməliyyatını davam etdirir: “Terrorçuların yerləri təsbit olunaraq məhv edilir”.

Məlumata görə, İraqın şimalındakı Metina rayonunda keçirilən son əməliyyat nəticəsində 9 terrorçu zərəsizləşdirilib: “Əməliyyat qətiyyətlə davam edəcək”.


Müəllif: Teleqraf.com