Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrda keçirilməsi planlaşdırılan seçkilərə qədər vətəninə dönəcək.
Teleqraf.com xəbər verir ki, o, bu barədə tərəfdarlarına videomüraciətində bildirib.
“Qərarımı sizə çatdırmaq istəyirəm. Mən, Mixail Saakaşvili, bu referenduma qədər Gürcüstana gələcəyəm. Mən mütləq bu prosesin birbaşa iştirakçısı olacağam”, - eks-prezident deyib.