İsveçin Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin diplomatik mənbələrindən məlumat verilib.
Səfir Stefan Herstroma İsveç Xarici İşlər nazirinin terror ünsürlərilə görüşündən sonra İsveçin Müdafiə nazirinin terrorçu liderlərlə videokonfrans yolu ilə danışıqlarının Türkiyə tərəfindən narahatlıqla qarşılandığı və bunun ciddi şəkildə qınandığı bildirilib.
Avropa İttifaqının da terror təşkilatı olaraq qəbul etdiyi PKK/YPG terror təşkilatının rəhbərlik etdiyi separatçı Suriya Demokratik Qüvvələri (SDG) və Suriya Demokratik Şurası (SDK) ilə son zamanlar İsveç rəsmilərinin açıq şəkildə ünsiyyətdə olması və bu təhlükəli siyasətin beynəlxalq hüquqa zidd olduğu səfirin diqqətinə çatdırılıb və bildirilib ki, Türkiyənin təhlükəsizliyinə, Suriyanın ərazi bütövlüyünə xələl gətirən terror qüvvələri və onların tərəfdarları ilə Türkiyə mübarizəsini davam etdirəcək.