21 Aprel 2021 14:18
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında hərbi gərginliyin davam etdiyi bu ərəfədə Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan şəxslərin səfərbərlik elan olunmadan hərbi xidmətə çağırılması və hazırlanmasını icazə verən qanunu təqdiqləyib.

Teleqraf.com xəbər verir ki, martın sonunda Ali Radadan keçən qanun layihəsi Ukrayna ordusunun personalının kəskin şəkildə artırılmasına hesablanıb.

Ukrayna Prezident Administrasiyası qanun layihəsinin təsdiq edilməsini şərh edərkən bildirib ki, bunun sayəsində hərbi birliklərin ehtiyat qüvvələrlə sürətli şəkildə təchiz edilməsi mümkün olacaq və əsgərlərin döyüş qabiliyyətini artıracaq.


Müəllif: Cavad

Oxşar xəbərlər