Türkiyənin məşhur təbiətşünas alimi, professor İbrahim Atalay Ermenekdəki mədəndə suyun boşaldılmasının mümkün olmadığını açıqlayıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, professor bunu mədəndəki suyun yeraltından qaynaqlandığı ilə izah edib. Onun sözlərinə görə, mədənin yerləşdiyi yerdə böyüklü-kiçikli axar sular mövcuddur.
Bu arada Qaramanda baş verən mədən qəzasında suyun nəqli zamanı torpaq sürüşməsi meydana gəlib. Mütəxəssislər hadisə nəticəsində xilasetmə işlərinin dayandırıldığını açıqlayıblar. Onlar sürüşmənin yaratdığı fəsadların aradan qaldırılmasından sonra yanğınsöndürənlərin işlərinə davam edəcəyini və qalan suyun da çəkiləcəyini bildiriblər.
Qeyd edək ki, oktybarın 28-də axşam saatlarında baş verən mədən qəzasından sonra 18 nəfər itkin düşüb.
Samir