ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu gün 1915-ci il hadisələrini "soyqırımı" adlandıracağı barədə məlumatlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bununla belə nə Türkiyə Prezidentinin ofisinin, nə də Ağ evin telefon danışığı barədə açıqlamasında bu barədə heç nə deyilməyib.
"Bloomberg" yazır ki, Co Bayden son 40 il ərzində bu sözü işlədən ilk Amerika Prezidenti olacaq.
Sonuncu dəfə 1981-ci ildə Ronald Reyqan 1915-ci il hadisələrini "genosid" adlandırıb. Ancaq o, Türkiyənin təzyiqi nəticəsində qısa müddətdə öz mövqeyindən geri çəkilib.