27 Aprel 2021 17:35
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Valans şəhərinin bələdiyyəsinin türk üzvü ASALA erməni terror təşkilatının hücumunda həlak olan türkiyəli diplomatlar haqda sosial şəbəkədə paylaşılan bir qeydi bəyəndiyi üçün istefaya məcbur edilib.

Teleqraf.com xəbər verir ki, şəhər bələdiyyəsinin üzvü Yasin Yıldırım qardaşının sosial şəbəkədə paylaşdığı Türkiyə Daxili İşlər Nazirliyinin “Erməni terrorunun hücumlarında şəhid olan diplomatlarımız” adlı qeydini bəyənib.

Erməni dərnəklərinin şikayəti və təzyiqindən sonra bələdiyyə sədri Nikolas Daraqon Yıldırımdan istefa verməsini tələb edib. Yıldırım təzyiqlərdən sonra vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

Erməni dərnəkləri ötən ilki seçki kampaniyasında da Yasin Yıldırımı 1915-ci il olaylarına dair erməni iddialarını ifşa edən bir paylaşımı bəyəndiyi üçün hədəf almışdı.

Qeyd edək ki, Fransa parlamenti 2001-ci ildə qondarma erməni soyqırımını tanıyıb. Digər yandan, bu saxta iddiaların inkarını “cinayət” kimi qəbul edən, bir il həbsdən 45 min avro pul cəriməsinədək cəza verən qanun layihəsi də Fransa parlamentində qəbul olunub.

Lakin Fransa Konstitusiya Məhkəməsi kəskin reaksiyalardan sonra söz azadlığına uyğun gəlmədiyini əsas gətirərək, bunu ləğv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər