29 Aprel 2021 08:25
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işləri naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.

“Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı və kəşfiyyatımız 5 kiloluq partlayıcını aşkar etdi. Onları yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir", - Türkiyənin daxili işlər baziri deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər