3 May 2021 15:16
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş müharibəsi və zorakılığın bitmədiyi Suriyada prezident seçkilərinə start verilib.

Teleqraf.com xəbər verir ki, Suriya Konstitusiya Məhkəməsi Bəşər Əsədin 26 mayda keçiriləcək prezident seçkilərində namizəd olması üçün təqdim etdiyi sənədləri qəbul edib.

Məhkəmə Abdullah Saloum Abdulla və Məhəmməd Əhməd Marenin də namizədliyini qəbul edib.

Bu ayın sonunda seçkilərin keçiriləcəyi Suriyada prezidentliyə namizəd olmaq üçün son 10 ili ölkədə yaşamaq əsas şərt kimi qoyulub. Bununla da müxalif namizədlərin seçkilərdə iştirakı yolu bağlanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər