5 May 2021 13:14
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatının polis rəisi vəzifəsinə təyin edilən ilk türk kökənli polis rəisi İbrahim Mike Bayçoranı 2020-ci ilin fevralında təhdid edən Stefan Keco məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xatırladır ki, Stefan Keco türk kökənli polis rəisinə “Səni öldürəcəyəm əclaf terrorist, hər bir hərəkətini izləyirik” şəklində təhdid mesajları göndərib.

İbrahim Mike Bayçoranı dini və etnik kökəni səbəbindən təhdid edən Keco çıxarıldığı məhkəmədə barəsindəki terrorçu ittihamını qəbul edib.

Qeyd edək ki, Əskişəhərdə dünyaya gələn və kiçik yaşlarda ABŞ-a gedən, burada 32 ildir ki, polisdə işləyən Bayçora bələdiyyə binası qarşısında keçirilən xüsusi tədbirdə nənəsindən qalan Qurana əl basaraq 2020-ci ilin 4 fevralında polis rəisi vəzifəsinin icrasına başlayıb.


Müəllif: Cavad