Tayvanda 79 yaşlı kişi 6 il münasibətdə olduğu sevgilisinə qarşı görünməmiş vəhşilik edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Huanq adlı kişi sevgilisinin burnunu, qulaqlarını və dodağını kəsib tualetə atdığı üçün həbs olunub.
O, ifadəsində bildirib ki, sevgilisinin onu aldatdığında şübhələndiyi üçün bu iyrənc cinayətə əl atıb
Polisin məlumatına görə, hadisə Tayvanın Çanqhua şəhərində baş verib. Qadın onunla evlənmək istəyən başqa birinin olduğunu dedikdən sonra Huanq sevgilisini yatağa bağlayaraq bıçaqla ona hücum edib. O, kəsdiyi parçaları ayaqyoluna atdıqdan sonra suyu buraxıb və təcili yardım çağırıb.
İmkanlı şəxs olan Huanq ötən ay həyat yoldaşını itirib.
Rüstəm