6 May 2021 10:54
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq ABŞ rəsmiləri və mütəxəssislər Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında görüşün Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini ehtimal edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə mütəxəssislər və keçmiş dövlət adamları ABŞ-ın məşhur “The Politico” nəşrinə deyiblər.

Məqalədə iki prezidentin görüşəcəyi mümkün məkanlar kimi Çexiya, İslandiya, Sloveniya və Azərbaycanın adı çəkilir.

Mütəxəssislər Avropa ölkələrində belə bir görüşə ev sahibliyi edəcək ölkələr sırasında İsveçrə, Finlandiya və Avstriyanın adını da çəkiblər. Qeyd olunur ki, adı çəkilən ölkələr bu cür hadisələr üçün “bitərəf” yer hesab olunur.

Bu ölkələr arasında Finlandiya paytaxtı daha az ehtimal kimi qiymətləndirilir.

“Reykyavik, Praqa, Lyublyana və bəlkə də Bakı”,- məqalədə ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi mümkün məkanlar haqqında qeyd edilir.

Bakı şəhəri də nəşrə müsahibə verən ABŞ-ın sabiq rəsmiləri və mütəxəssislər tərəfindən mümkün ünvan kimi göstərilir. Amma qeyd edilir ki, prezident Baydenin Bakını seçməsi mümkündür ki, Ermənistan və ABŞ-da yaşayan erməni əsilli amerikalıların mənfi reksiyasına səbəb olsun.


Müəllif: Cavad

Oxşar xəbərlər