“SputnikV” vaksininin alınması ilə bağlı Rusiya və Almaniya arasında aparılan danışıqlar dalana dirənib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Səhiyyə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə Almaniyanın Rusiya istehsalı olan “SputnikV” vaksinini alacağı ilə bağlı məlumatlar yayılmışdı. Hətta Almaniya kansleri Angela Merkel də bunun üçün Avropa Dərman Preparatları Agentliyinin qeydiyyatla bağlı cavabını gözlədiklərini bildirmişdi.