Avropa Birliyi (AB) qarşıdakı bir neçə həftə içində Belarus əleyhinə yeni sanksiya paketi qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell açıqlama verib.
“Belarus hökuməti indi də Polşa cəmiyyətinə qarşı təzyiqlərə başlayıb. Ümid edirəm ki, yaxın həftələrdə qəbul ediləcək yeni bir sanksiya paketi hazırlayırıq”, - Borrell deyib.
O, sanksiyaların detallarını açıqlamayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko ötən günlərdə verdiyi açıqlamada bildirmişdi ki, Avropa Birliyi Minskə qarşı sanksiya tətbiq etsə, bu onlara problem yaradacaq. O, bu məqsədlə Baş nazir Roman Qolovçenkoya tapşırıq verib.