Tatarıstan rəhbəri Rüstəm Minnixanov Kazanda bir məktəbdəki atışma ilə bağlı vəziyyəti şəxsi nəzarətində saxladığını, səbəblərinin araşdırıldığını, bütün xidməti qurumların hadisə yerində işlədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, məktəbdə naməlum şəxslərin atəş açmasından sonra şagirdlər evakuasiya edilib.
Hadisədə 13 nəfər öldü, 20 nəfər xəstəxanaya yerləşdirilib.
Atəş açan bir gənc saxlanılıb.
***
12:17
Tatarıstanın paytaxtı Kazanda bir məktəbə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, hücumda çox sayda ölü və yaralının olduğu bildirilir.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. İlkin məlumata görə, hadisə zamanı 9 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Araşdırma aparılır.