11 May 2021 18:30
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin oğlu Konstandinos Miçotakis 8 aylıq hərbi xidmətini başa vurduqdan sonra tərxis olunub.

Teleqraf.com xəbər verir ki, Yunanıstan və Türkiyə sərhədindəki Alexandroupolisdəki Topçu Birliyində xidmət edən 23 yaşlı Konstandinos Miçotakisi ailəsi qarşılayıb.

Miçotakisin ABŞ-dakı Boston Universitetini bitirib ölkəsinə qayıtdıqdan iki ay sonra hərbi xidmətə başladığı bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər