15 May 2021 14:27
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqronun Baş naziri Zdravko Krivokapiç ölkə hakimiyyətinin gələn həftədən etibarən bütün turistlər üçün sərhədləri açmaq niyyətində olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, müvafiq bəyanat olan video ölkə hökumətinin mətbuat xidməti tərəfindən yerləşdirilib.

“Monteneqro gələn həftə “Monteneqro sahilboyuna xoş gəlmisiniz!” sözləri ilə turistlər üçün bütün sərhədləri açacaqdır”, – deyə Krivokapiç bildirib.

Onun sözlərinə görə, Çernoqoriya artıq karantin tədbirlərinin xeyli zəiflədiyi və sərhədlərin turistlər üçün açıldığı Yunanıstandan nümunə götürməlidir.

Bundan əvvəl Yunanıstanın 14 may tarixindən etibarən Rusiya vətəndaşlarının və digər ölkələrdən gələn turistlərin girişinə qoyulan məhdudiyyətləri ləğv etdiyi məlum olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər